Rusiyanın onlayn-bron xidməti Oktogo.ru məzuniyyət mövsümündə istirahət üçün yaxın xaricin hansı şəhər və kurortlarının populyar olduğunu müəyyən edib.
Oxu.Az xəbər verir ki, reytinq 2015-ci ilin avqust ayının1-dən 31-nə kimi müstəqil səyahət edən turistlər tərəfindən edilmiş bronlara əsaslanır.
“Oktogo.ru”nun məlumatına əsasən 10 ən populyar şəhərlərin siyahısına Minsk, Tbilisi, Almatı, Kiyev, İrəvan, Bakı, Astana, Bişkek, Kişinyov və Daşkənd daxildir.
Səfərlər üçün ən ucuz şəhər – Bişkek (sutkada 1,2 min rubl/19 manat), ən bahalı şəhər isə Bakıdır (6 min rubldan çox /96 manat). Minskdə oteldə qalmaq üçün turist orta hesabla sutkada 3 min rubl, Tbilisidə 3,2 min rubl, Almatıda isə 5 min rubl xərcləyir.
Yay mövsümündə yaxın xarici dövlətlərdə ən ucuz istiqamətlərAbxaziya (sutkada 2,3 min rubl) və Gürcüstan (2,5 min rubl), ən bahalı isə Qazaxıstan (5 min rubl) və Azərbaycandır (6 min rubl).
www.oxu.az