Bakıda binanın damından yıxılan kişi ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da Bakı şəhər sakini Elman Xəlilov Yasamal rayonu S.Əsgərova küçəsi ev 16-nın damından (1 mərtəbəli) yıxılıb.
Xəstəxanaya yerləşdirilən E.Xəlilov orada dünyasını dəyişib.