Bakıda yaşayış evində yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 3-də saat 02 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib.
Yanğın söndürüldükdən sonra Ş.Ağayevin yanmış meyiti tapılıb.
S.B.
www.oxu.az