Bu gün Bakıda özünü yandıran T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
10:36
Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, Zirə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 23 yaşlı Taleh Hümbət oğlu Ömərli üzərinə benzin tökərək özünü yandırıb.
O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
T.Ömərli xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.