Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı sakininə qaza görə 12 min manat borc gəldi
15 gün istifadə etdikləri qaza görə 12 min manat borc yazılıb.
Söhbət paytaxtın Binəqədi rayon Rəsulzadə qəsəbəsi Qafqaz küçəsində yerləşən mənzildən gedir.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Xəzər Xəbər"ə müraciət edən şikayətçi bildirib ki, ona 15 gün ərzində istifadə edilən qaza görə 12 min 68 manat borcun olduğunu bildirən mesaj gəlib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı rəsmi quruma müraciət etdikdə, onlara həmin ərazidən digər şikayətlərin olduğu da deyilib. Amma problem hələ də həllini tapmayıb.
Ətraflı süjetdə:
Bakı sakininə qaza görə 12 min manat borc gəldi
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar