“ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində paytaxtda “Bakı sakinləri isti yay günlərində susuzluğunu nə ilə yatırır?” adlı sorğu keçirib.
Oxu.Az xəbər verir ki, 400 respondent arasında telefon vasitəsilə həyata keçirilən sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Məlum olub ki, Bakı sakinlərinin böyük əksəriyyəti susuzluğunu qazsız su ilə yatırır (76%). Paytaxt əhlinin yarısı (48%) isti havalara isti çay ilə əncam qılır. Susuzluğunu kompot və ya şirin qazlı sular ilə yatıranlar da kifayət qədərdir (hər biri 20%). Ayransevərlər də az deyil (17%). 16% respondent susuzluğunu qazlı su ilə yatırır. Təbii şirə ilə susuzluğunu yatıranlar nisbətən azdır (12%). Sərin pivə ilə isti havaların öhdəsindən gələnlər cəmi 3%-dir.
A.S.
www.oxu.az