Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Bu barədə Oxu.Az-a BŞİH-dən məlumat verilib.
Xəbərdə bildirilir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.
Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da “Qarabağa azadlıq” şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər