Bakı şəhərində küçədən meyit tapılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın Pirallahı rayonu, 29-cu məhəllə adlanan ərazidə üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində onun rayon sakini, 1954-cü il təvəllüdlü Tofiq Ramazan oğlu Lətifov olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İ.F.