Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı-Sumqayıt ekspres marşrut avtobusunun dayanacaqları və gediş haqqı AÇIQLANDI
Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sərnişinlərin daşınması "BakuBus" MMC-nin 17 "Neoplan" markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri "Bağça Şəhər" yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə "20 Yanvar" metrostansiyası ("Azərsu" ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.
Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.
Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Bakıda mikromobillik infrastrukturunun İNKİŞAFI: Yeni addımlar və GƏLƏCƏK PERSPEKTİVLƏR
- Taksi sürücüləri "qiymətlər aşağıdır", vətəndaşlar isə "yuxarıdır" deyirlər - Bəs AYNA?
- Nəqliyyatın artımının qarşısı alınacaq: Mikromobillik vasitələrinin əhəmiyyəti
Rəylər