Təcili Tibbi Yardım briqadasının Bakı-Sumqayıt yolunda baş verən hadisə yerinə getdiyi anların videogörüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər təcili tibbi yardım maşınında olan videoqeydiyyatçı vasitəsilə lentə alınıb.
Həkim briqadasının hadisə yerindən yaralıları Sumqayıt Şəhər Travmatoloji Xəstəxanasına aparmasının anbaan görüntülərini təqdim edirik:
08:47
Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır qəza qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, hadisə “Ford Transit” markalı mikroavtobusla propan qazı daşıyan yük maşınının iştirakı ilə baş verib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
İlhamə Əbülfət