Bakı-Sumqayıt yolunda bu gün səhər saatlarında yol qəzası baş verib.
Bu barədə vətəndaşlar tərəfindən Oxu.Az-ın redaksiyasına videogörüntü göndərilib.
Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda Sumqayıt istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək dəmir arakəsmələrə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.
Könül Cəfərli