Ukraynalı jurnalist Dmitri Jmutskiy – həftəlik “Respublika” qəzetinin redaktoru prezident seçkiləri ərəfəsində Bakıya gəlib.
Azərbaycanın paytaxtında olduğu müddətdə Jmutskini 25 illik fasilədən sonra ilk dəfə gördüyü şeylər təəccübləndirib.
Oxu.Az “Respublika” redaktorunun Azərbaycan paytaxtında onu təəccübləndirən 7 şey haqqında yazdıqlarını təqdim edir:
İnanmaq çətindir ki, 25 il əvvəl mən və mənim bakılı həmyaşıdlarım eyni ölkədə yaşamış, birlikdə “Spokoynoy noçi, malışi”yə baxmış və eyni oktyabryat nişanları taxmışıq. Tarix üçün çox gülməli görünən çox az müddət – 25 il ərzində SSRİ-nin xarabalıqlarında müxtəlif dövlətlər formalaşıb.
Bugünkü Bakı Kiyev yaxud da Minskə bənzəmir: həyat tərzinə görə, o, daha çox Türkiyənin böyük şəhərlərinə, tikinti işlərinin templərinə görə - Dubaya, oturacaqlar, işıq dirəkləri, səkilər və şəhərin digər detallarına görə Avropa paytaxtlarına bənzəyir.
Neft-qaz pulları
Mən öyrəndim ki, Azərbaycan Qafqazın ən varlı ölkəsidir və hətta “Vikipediya”da oxudum ki, burada əhalinin adambaşına düşən ümumdaxili məhsul Ukraynadan 70%, Ermənistandan 2 dəfə çoxdur. Lakin Bakının süd rəngli mərmərlə işlənilmiş yeraltı keçidləri və İtaliyadan gətirilmiş zibil yeşikləri məni çox təəccübləndirdi. Görünür işıqforlar və küçə fonarlarını da Qərbi Avropadan gətiriblər. Şəhərin mərkəzindəki bütün səkilər bizim üçün adi görünən beton yox, qranit piltələrlə döşənib.
Bütün (!) binaların fasadlarını sarı rəngli daş piltələrlə örtürlər – bu material Yevpatoriyadakı (Krım – red.) köhnə evlərin inşa edildiyi daşlara bənzəyir, lakin daha sıxdır. Mərkəz tamamilə bu materialla örtülüb, indi sarı daş şəhərin ətraflarında da ayaq açır. “Əgər hər şey normal gedərsə, 20 ildən sonra Ərəb Əmirliklərində olduğu kimi yaşayacağıq, buna görə də, heç kim siyasətdə dəyişiklik istəmir” – deyə, prezident seçkilərində exit-pollda iştirak edən 27 yaşlı könüllü Hüseyn Hüseynov mənə dedi.
Səsvermənin nəticələri onun dediklərini təsdiqləyir: hakimiyyəti dövründə yoxsulluq səviyyəsinin 45%-dən 6%-dək azaldığı prezident İlham Əliyev demək olar ki, 85% səs çoxluğu ilə üçüncü müddətə dövlət başçısı seçildi.
Rus dili türk hərfləri ilə
SSRİ dağıldıqdan sonra Azərbaycan kiril əlifbasından imtina etdi və türk qrafikası əsasında hazırlanmış latın əlifbasına keçdi (sən demə Azərbaycan və türk dilləri rus və Ukrayna dillərindən daha çox bir-birinə oxşayırlar). Lakin rus sözləri danışıqdan itməyib: maşına azərbaycanca maşın deyirlər, manat isə 100 qəpikdən, yəni “kopeykadan” ibarətdir. Bakıda rus sözlərinin “qeyri-rus” hərfləri ilə yazıldığı yerlər çoxdur, məsələn – “svarka-slesar”.
Yaxşı 40-dan çox olan bakılılar rus dilində biz danışmırdılar (düzdür, bəziləri halları qarışdırırdılar). Amma gənclərlə danışan zaman türk sözlərini izah etmək lazım gəlirdi. Lakin istənilən halda, Bakıda Azərbaycan xarici görünüşlü, rus dilində danışan iki gənci görmək mümkündür: “Biz intim şeylər haqqında danışmaq istəyərkən həmişə rus dilinə keçirirk, - xəbər saytının administratoru Ramin Mikayılov mənə dedi. – Yoxsa Azərbaycan dilində söz çatmır. Cəmi üç söz var, onlardan biri kişi cinsiyyət orqanı, digəri qadın cinsiyyət orqanını bildirir, üçüncü isə feldir. Hər üçü də çox kobud sözlərdir, qızların yanında onları işlətmək olmaz”.
Təcavüzkarlıq yoxdur
Azərbaycan kişiləri ucadan danışır, dəstə-dəstə gəzməyi xoşlayır, qızları əlləyir, həvəslə dava edirlər – Bakıya gələrkən fikirlərim belə idi. Və mən səhv etdim: məni çox mehriban, ziyalı insanlar qarşıladılar. Bir neçə dəfə gecə evə qayıdırdım və heç zaman şəhərin mərkəzində içkili adamları, sərxoş qışqırtıları eşitmədim, qızlara sataşanları görmədim.
“Bizim haqqımızda Moskvadakı diasporaya görə düşünməyib – “Novosti Azerbaydjana” informasiya agentliyinin siyasi icmalçısı Kamal Əli məni əmin edirdi. – Rusiyaya əsasən Vətənində özünə yer tapmayan, yoxsul ailələrdən çıxmış, güclü əqli qabiliyyəti olmayan insanlar gedirlər. Orada isə düşmən mühitə düşərək özlərini qorumaq üçün aqressivləşirlər”.
Gözə kül üfürmə
Bakının şüarı – “bizdə hər şeyə imkan var”. Şəhərin küçələrində bahalı maşınların sayı çoxdur (burada qiyməti 150-200 min dollar olan “Porche Panamera” Kiyevdəki kimi diqqəti cəlb etmir), mərkəzi məhəllələrdə isə bütün (!) elit geyim markalarının mağazalarını gördüm. Bir kilometr ərazidə bu qədər bahalı butiklər məncə heç Moskvada da yoxdur. Bununla yanaşı, kişi və qadın geyimləri mağazalarının sayı demək olar ki, eynidir. Bakılı kişilər öz xarici görünüşlərinə kiyevlilər yaxud da moskvalılardan daha çox diqqət yetirirlər: səliqəli saç düzümü, bahalı kostyumlar və nazik dəridən qara gödəkçələr.
“Yumşaq” islam
Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlətdir. Minarələrdən namaza çağırış o qədər də ucadan səslənmir, heç kim küçədə canamaz sərib namaz qılmır. Burada hicablı qadınlar yaxud belşəkilli saqqalı kişiləri Krımdakıdan daha az görmək olar. “Ənənəvi müsəlman geyimində olan əksər adamlar yerlilər deyil, qonşu İrandan gəliblər” – yerli telekanalın jurnalisti Diana İsayeva mənə izah etdi.
Dağlıq Qarabağ münaqişəsinə münasibət
Bizim üçün Ermənistan və Azərbaycan arasında müharibə - çətin 90-cı illərin epizodlarında yaddaşdan yarısilinmiş bir xatirədir. Azərbaycanlılar üçün isə heç kim unudulmayıb, heç nə unudulmayıb. Qarabağ mövzusunda tez-tez danışıqlar eşitmək olar, Ermənistan haqqında xüsusi tonla danışırlar: açıq nifrət olmasa da sözlərdə, qisas eşqi o saat hiss olunur.
Səliqə-səhman
Əvvəla, Bakını daim yuyurlar, təmizləyirlər. Şəhərdə boz-sarı formalı kommunal idarə işçiləri çox olsa da, mən onlardan heç birini süpürgə ilə görmədim – yalnız döşəmə taxtasına bənzəyən xüsusi alətlər və şlanqlar. Onlar təkcə səhərlər işləmir, həm də bütün gün ərzində zibil qablarını boşaldır, yerdəki otun üstünə düşmüş kağızları götürürlər.
İkincisi, reklam Ukrayna şəhərlərində olduğundan azdır, burada böyük bilbordları yalnız şəhər kənarlarında və hava limanına gedən yollarda görmək olar.
Üçüncüsü, burada istənilən ağac dövlət tərəfindən qorunur.
“Hətta quru budağı da yalnız xüsusi icazə ilə kəsmək olar, yoxsa uzun müddət davam edəcək araşdırma olacaq, bəlkə də cərimə tətbiq olunacaq” – deyə, Rusiyanın informasiya agentliyinin Azərbaycan nümayəndəliyinin baş direktoru Əziz Əliyev deyir.
Və dördüncüsü, Bakı bəlkə də mənim indiyə olduğum şəhərlər arasında ən təhlükəsiz olanıdır. Axşam saat 10-11 radələrində mərkəzdə uşaqlar və uşaq arabaları ilə gəzintiyə çıxmış ailələr, sevgili cütlüklər çoxdur. Yeri gəlmişkən, Bakıda camaat arasında öpüşmək adəti yoxdur – adətən sevgililər qucaqlaşaraq skamyalarda əyləşir və birlikdə mobil telefonların ekranında nəyəsə baxırlar.