Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı və Abşeronda küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir güclənib.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bu, sarı xəbərdarlığa uyğundur.
Qeyd edilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
Sentyabrın 5-i saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 21 m/s-dək güclənib.
Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu, sarı xəbərdarlığa uyğundur.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-də saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/san, Culfada 16 m/san-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-də 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
Rəylər