Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar
Azərbaycanın gənc cüdoçuları Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.
Oxu.Az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Könül Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb.
Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fidan Əlizadə də Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.
O, finalda gürcüstanlı Nino Loladzeni üstələyib.
Qeyd edək ki, Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Zelim Tçkayev Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə altı medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar
- Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin proqramı müəyyənləşib
- Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə yarışlarının püşkatma mərasimində iştirak edəcəklər