Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı və Yevlax sakinləri itkin düşüblər
Bakı və Yevlax sakinləri itkin düşüblər.
“Report”un xəbərinə görə, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Bundan başqa, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Həzrətfatma Camal qızı Nəbiyeva iyulun 16-sı saat 7 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Yevlax" teqi üzrə xəbərlər
Ən çox oxunanlar