Masazır yolunda ağır qəza olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Mercedes” markalı maşın əvvəl “Renault” markalı taksiyə dəyib, sonra isə idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Taksi sürücüsünün ayaqları sınıb. Hadisə şahidləri deyirlər ki, taksi yolun ortasında dönürmüş, bu zaman arxadan gələn “Mercedes” onu vurub.
Elektrik dirəyindəki naqillər qırılaraq ətrafdakılar üçün təhlükə yaradıb.