Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı yaxınlığında “unudulmuş” qəsəbə: Cavabdeh şəxs cərimələndi - YENİLƏNİB + VİDEO
Abşeron rayonunun Atyalı qəsəbəsinin sakinlərinin problemləri həll olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qeyd edilən ünvanda polis və aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə tədbir keçirilib, həmin ərazidə olan antisanitar vəziyyət artıq aradan qaldırılıb.
Cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilərək cərimələnib.
15:04
Abşeron rayonunun Atyalı qəsəbəsinin sakinləri bir çox problemləri ilə bağlı şikayətlərinə cavab almadıqlarından gileylənirlər.
Qəsəbə sakini İlkin Həsənov şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb.
Sakin qəsəbə ərazisində bir çox problemlərin olduğunu dilə gətirib:
“Yaşadığımız ərazidə kanalizasiya suları küçəyə, yola axır. Antisanitar vəziyyət hökm sürür. Zibil qabları isə qəsəbənin girişindədir. Az qala dolub-daşsın. Vaxtlı-vaxtında boşaldılmır. Qəsəbənin çox problemi həll olunmayıb.
Yollar keçilməz haldadır. Uşaqlar məktəbə gedəndə problem yaşayırlar. Yağış yağanda yollarda o qədər palçıq yaranır ki, qurumların özlərinin nümayəndələri gəlsələr, buradan çıxa bilməzlər. Şikayət etmişik, baxan yoxdur. Sahibsiz itlər də bir tərəfdən çoxalıb. Qadınlar, uşaqlar, yaşlılar küçəyə çıxa bilmirlər”.
Həmin görüntüləri təqdim edirik:
Məsələyə aydınlıq gətirilməsi üçün Abşeron Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Nəzrin Vahid
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər