Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün paytaxtda bir sıra tədbirlər keçirilib.
Oxu.Az xəbər verir ki, Dənizkənarı Milli Parkda incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Musiqili gecədə şou-biznesin parlaq ulduzları rəngərəng çıxışları ilə tamaşaçılara əyləncə dolu anlar yaşadıblar.
Saat 22:15-də Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Bakıda 10 milyon nəfər olmağımız şərəfinə atəşfəşanlıq - FOTO/VİDEO
Rəşad Əliyev