Bakının Suraxanı rayonunda 14 yaşlı yeniyetmə anası ilə söhbətdən sonra özünü asıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Xatırladaq ki, intihar hadisəsi dünən günorta baş verib. 14 yaşlı 9-cu sinif şagirdi Sidorov Valeri Ruslanoviç özünü evlərinin həyətində asıb.
Məlumdur ki, intihardan bir qədər əvvəl Sidorov məktəbdən evə gəlib və anasına deyib ki, fənn üzrə pis qiymət alıb. Bunu bilən ana qəti şəkildə bəyan edib ki, bundan sonra Valera idmanla məşğul olmayacaq, çünki dərslərindən geri qalır. Bu xoşagəlməz söhbətdən sonra yeniyetmə evdən çıxıb və özünü asıb. İntihar valideyn qadağasına qarşı etiraz aktı olub.
Bildirilir ki, Sidorovların ailəsində iki övlad böyüyürmüş, Valeri ailənin böyük oğlu imiş.
Dərdli ana baş vermiş hadisədə özünü günahkar bilir. O, oğlunun deyilən sözlərə belə reaksiya verəcəyini gözləmirmiş.