Sabunçu rayonunda 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər yaralanıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, Pirşağı yolunda baş verən hadisə zamanı 1961-ci il təvəllüdlü Məmmədov Yusif Niftəli oğlu xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu