Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda 2 qadını maşın vurub: Biri ölüb, digəri yaralanıb - FOTO
Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını yolu keçən 2 qadını vurub. Nəticədə onların biri hadisə yerində dünyasını dəyişib, digəri ağır xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir. Şahidlərin verdiyi xəbərə görə, ölən qadının adı Gülnarədir (soyadı dəqiqləşdirilir). Məlumata görə, o, Hövsan qəsəbəsində yerləşən 196 saylı məktəbin tarix müəlliməsidir.
Suraxanı Rayon Polis İdarəsindən faktı təsdiqləyərək bildiriblər ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR