Bakıda şantaja əl atan şəxslər tutulublar.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat məlumat verilib.
Məlumata görə, saxlanılanlar Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədovlardır.
Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Əvvəllər məhkum olunmuş şəxslər - Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Bunun müqabilində isə ondan 200.000 manat pul tələb ediblər.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən hadisə barədə ətraflı məlumat verə bilməyəcəklərini bildiriblər.
Baş vermiş faktla əlaqədar cinayət işi başlanılıb.