Bu gecə Bakıda dəhşətli yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, gecə saat 3 radələrində Fəhlə prospektində, “Megafun” əyləncə mərkəzinin qarşısında 3-cü seriya BMW markalı avtomobil Bentley Continental markalı digər avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən olmasa da, şahidlərin bildirdiyinə görə, Bentley-in sürücüsü təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Bentley Continental hazırda Azərbaycanda satılan ən bahalı maşınlardandır. Onun qiyməti 230 min ABŞ dolları təşkil edir.