Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda 22 direktor vəzifəsi boş qalıb
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 ümumi təhsil müəssisəsində direktor vəzifəsi vakantdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 11 vakansiya üzrə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə başa çatmış müsabiqənin nəticələrinə əsasən uğur qazanmış namizədlərin təyinatları gözlənilir.
“Digər 11 vakansiya üzrə Təhsil Nazirliyi tərəfindən yaxın günlərdə müvafiq vəzifələrə işə qəbul üçün elan edilmiş növbəti müsabiqəyə təqdim edilib”, - deyə idarədən qeyd edilib.
İlhamə Əbülfət
Rəylər