Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda 3 ünvandakı avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradılıb
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Növbəti belə yerlər Rəşid Behbudov küçəsində (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirov küçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiq lövhələr də yerləşdirilib.
Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- "Sea Breeze"ə ekspres marşrut açılır - Gediş haqqı məlum oldu
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti BƏRPA OLUNUR
- Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində hərəkətin təşkili DƏYİŞDİRİLDİ
- İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin sayı artıb
- Qarabağa açılan yollar: Azad edilmiş ərazilərə giriş qaydaları sadələşdirilir - ARAŞDIRMA