Bakıda bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Hafizov Fuad Mürsəl oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı F.Hafizov bıçaqlanıb.
Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.