Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda cəmi 4 nəfər Şaxta baba olmaq istəyib
Sabah Yeni ilə qədəm qoyuruq, amma maraqlı burasındadır ki, gözümüzə Şaxta baba və Qar qızı sataşmır.
Maraqlıdır, bayramqabağı Şaxta baba olmaq üçün neçə müraciət daxil olub? Həmçinin lisenziyanın qiymətində dəyişiklik varmı?
Oxu.Az bu suallarla müvafiq qurumlara üz tutub.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti sorğumuza cavab olaraq bildirib ki, rüsumda dəyişiklik olmayıb, Şaxta baba və Qar qızı üçün ümumi ödəniş 90 manatdır.
Qeyd edilib ki, Bakı şəhəri üzrə Şaxta baba olmaq üçün 4 müraciət daxil olub:
"Sözügedən müraciətlərin hər biri müsbət cavablandırılıb".
Məhərrəm Əliyev
"Şaxta baba" teqi üzrə xəbərlər
- Rusiyada pulunu ala bilməyən "Şaxta baba" iş adamını güllələdi
- Rusiyada yolka üstündə "atəş açan" Şaxta baba axtarılır: Şəhərin mərkəzində təhlükəli anlar
- Sakinlərin sovqatı ilə yaşayan "Şaxta baba": "Yaxşı imkanım var idi"
- Gürcüstanda Şaxta baba patentləşdirildi
- Tatarıstanda Şaxta baba pedofil çıxdı: Uşaqları konfetlə aldadıb
Ən çox oxunanlar
Rəylər