Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident dövlət agentliyinin bir qrup əməkdaşını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az xəbər verir.
Sərəncama əsasən, sövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Baxşəliyev Vüsal Şahin oğlu
Bəkirov Namiq Zakir oğlu
Əfəndiyev Zaur Məzahir oğlu
Əliyev Semral Adil oğlu
Əlizadə Murad Fərhad oğlu
Həsənzadə Ülvi Mobil oğlu
Verdiyeva Nigar Famil qızı.