Bakının Səbail rayonu ərazisində qəribə intihara cəhd hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 5 yaşlı F.Ə. özünü öldürmək üçün çoxlu dərman qəbul edib. Maraqlısı isə budur ki, uşağın qonşuluqda yaşayan 17 yaşlı qızdan xoşu gəlib. Uşaq öz sevgisini qıza elan edib.
Uşağın dayısı Elmurad Məmmədov bildirib ki, qız isə özündən 12 yaş kiçik uşağın sevgisini qəbul etməyib, bu səbəbdən də uşaq özünü öldürmək istəyib.
F.Ə. dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Uşaq bu gün evə buraxılacaq.