İnternetdə bu il mayın 1-4-dək Bakıda taekvondo üzrə keçiriləcək Avropa çempionatına həsr olunmuş videoçarx yayılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasına istinadən verilən məlumata görə, mötəbər yarışda 40-dan çox ölkənin təmsil olunacağı gözlənilir.
Yarışlar Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək. Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalosın çempionatda iştirak etməkçün Bakıya səfərləri gözlənilir.