Bakıda qardaşı tərəfindən döyüldüyü üçün evdən qaçan uşaq tapılıb.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhər sakini Səadət Cəfərova ANS TV-yə gələrək 8 yaşında oğlan uşağını tapdığını bildirib.
O tapdığı azyaşlını da özü ilə gətirib.
Uşaqla söhbət zamanı aydın olub ki, adı Anardır. Qardaşı tərəfindən tez-tez döyüldüyü üçün evdən qaçdığını deyən uşaq geri qayıtmaq istədiyini qeyd edib.
Anar həmçinin onu da bildirib ki, valideynləri yoxdur. Atası çoxdan rəhmətə gedib və o, qardaşı ilə qalır.