83 yaşlı Bakı şəhər sakininin pensiyası kəsilib.
Bununla bağlı iddialar sosial şəbəkələrdə yayılan məlumatlarda öz əksini tapıb.
Məlumatda iddia edilir ki, 1940-cı il təvəllüdlü Mirzəbala Novruzov iki aydır pensiya almır.
Onun hansı səbəbdən pensiyasının kəsildiyi isə bildirilmir.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş 2023-cü ilin noyabr ayında pensiya kartından istifadə üçün beş dəfə səhv kod yığıb. Bu səbəbdən də kart təhlükəsizlik məqsədilə bank tərəfindən bloklanıb.
İlhamə Əbülfət