Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə, Hövsan-Türkan yolunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Nurlan Xeyrulla oğlu Fərhadovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Elman Süleyman oğlu Ağayevi vurub.
Piyada hadisə yerində ölüb.
Polisdən Elman Süleyman oğlu Ağayevin üçüncü sinif şagirdi olduğu bildirilib.
E.Ə.
www.oxu.az