Bu gün vətəndaş Saloğlan İbrahimov aclıq elan edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, o, öz etriaz aksiyasını Bakıda ABŞ səfirliyinin qarşısında keçirmək qərarına gəlib.
Polis əməkdaşları etiraz aksiyası keçirəni qovmağa cəhd ediblər, amma o, öz aksiyasını dayandırmaqdan imtina edib.
İbrahimovun sözlərinə görə, o, işsiz olduğu və Sosial Müdafiə Fondunun ona yardım etməkdən imtina etdiyi üçün aclıq elan edib.