Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda ağac avtobusun üzərinə aşdı - AÇIQLAMA
Bakıda ağac avtobusun üzərinə aşıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hadisə bu gün saat 12 radələrində baş verib:
"3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb.
Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə "Baku Bus" MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.
Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib".
Şükufə Süleymanlı
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Şərurda intensiv yağışlar fəsadlar törətdi
- Yağış yağacaq, şimşək çaxacaq, külək GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ
- Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- Sürücülərin NƏZƏRİNƏ: Bakı-Şamaxı yolu BAĞLANDI
- Ölmüş şəxsin varisindən icarəyə torpaq götürənlərin diqqətinə: Sığorta zamanı ziyana düşə bilərsiniz