Bu gün Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “VAZ 21 011” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində nəticəsində ölən və yaralı haqda məlumat yoxdur.
Lakin zərbənin gücündən maşınlar tanınmaz hala düşüblər.
Hadisə prospektin üzü şəhərin mərkəzinə gedən istiqamətdə Ramana yolu adlanan ərazidə, Komsomol dairəsinə yaxın yerdə baş verib.
Hadisə yerindən fotoları təqdim edirik.