Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda müğənninin qızının da olduğu deyilən avtomobilin qəzaya uğraması zamanı xəsarət alan olub?
"Yeni Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən ünvanda olan əlavə iki avtomobilə maddi ziyan dəyib".
Bu məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilib.
"Hadisə ilə bağlı toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, qəza nəticəsində xəsarət alan olmayıb.
"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
Bu gün paytaxtın Yeni Günəşli qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Şahidlərin dediyinə görə, hadisəni "rent-a-car" şirkətindən icarəyə götürülmüş avtomobili idarə edən 17 yaşlı yeniyetmə törədib.
O, avtomobili yüksək sürətlə idarə edərək əvvəlcə həyətdə park edilmiş bir neçə maşına çırpılıb. Zərbənin təsirindən park halında olan avtomobillərdən biri yaxınlıqdakı polis bölməsinin divarını dağıdıb.
Qəza nəticəsində KIA, "Mercedes" və iki "Hyundai" markalı avtomobilə ciddi zərər görüb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəyə səbəb kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var
- Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
- Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var
- Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ
- Ağstafada avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var
Rəylər