Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpeg)
Bakıda ağır qəza sıxlığa səbəb oldu - FOTO/VİDEO
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Qəza zamanı “Toyota” və iki KIA markalı avtomobil toqquşub.
Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Qeyd olunub ki, yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol