Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı
"Bu gecə paytaxtda hava limanı istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücülərdən biri xəsarət alıb".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli deyib.
O, qeyd edib ki, hadisə 09-BK-539 və 99-JV-834 dövlət nömrə nişanlı yük avtomobillərinin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Paytaxtda hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, baş verən dəhşətli qəzada yük avtomobilinin sürücüsü sükan arxasında sıxılı vəziyyətdə qalıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Qeyd olunub ki, hadisə bir neçə dəqiqə əvvəl baş verib.
Həmin görüntüləri təqdim edirik:
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Zaqatalada zəncirvari avtoqəza: XƏSARƏT ALANLAR VAR
- Qubada məktəblini maşın VURDU
- Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır
- Rusiyada ağır avtomobil qəzası: Moskvaya gedən yol bağlandı
- Pakistanda sərnişin mikroavtobusu dərəyə aşdı: 10-dan çox ölən, 20 yaralanan var