"Xəsarət alan iki nəfər (qadın və kişi cinsli) müştərək travmalarla Kliniki Tibb Mərkəzə təxliyə olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 19-da saat 7:30-da Babək prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası xəsarət alan iki nəfəri (qadın və kişi cinsli) Kliniki Tibb Mərkəzə təxliyə olunub", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı VAZ-2107 markalı avtomobil beton arakəsməyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib. Qəza yerinə təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Həmin hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik: