Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı gənclər üçün "BASE 2024"ə qatılmaq imkanı!
26 noyabr - 1 dekabr tarixlərində İstanbulda Türkiyənin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi - "BASE 2024" keçiriləcək.
"Trendyol"un sponsorluğu ilə təşkil olunan "BASE 2024" sərgisində bu il Azərbaycandan olan gənc rəssamların da əsərləri nümayiş olunacaq. Rəsm, fotoqrafiya, video, qrafik dizayn, interyer dizayn, tekstil, milli dizayn (xalça və s.), şüşə, keramika, animasiya bölmələrinin sonuncu kurs bakalavr və magistr pillələrində təhsil alan və son üç il ərzində məzun olan gənc rəssamlar öz əsərlərini sərgiyə təqdim edə bilərlər.
Sərgiyə qatılmaq istəyən istedadlı gənclər [email protected] ünvanına öz əsərləri ilə yanaşı, portfel və CV-lərini göndərə bilərlər. Müraciət üçün son tarix 24 oktyabr 2024-cü ildir. Təqdim olunanlar arasından "BASE 2024"də nümayiş olunacaq əsərlər seçiləcək.
Sərgi haqqında daha ətraflı məlumatı
www.base.ist səhifəsindən əldə etmək olar.
"Trendyol" teqi üzrə xəbərlər
- "Unibank"ın "Əjdaha" lotereyasındakı 3 mənzili kimlər qazanacaq?
- "Trendyol"un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi
- "Trendyol"dan azərbaycanlı müştərilər üçün "Əfsanə günlər" kampaniyası
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- İrem Poyraz: "Azərbaycanda keçirilən COP29-a böyük önəm veririk"
Rəylər