Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər rayonu ərazisində, Qala-Zirə yolunda qəsəbə sakini, 1987-ci il təvəllüdlü Anar Hüseynov idarə etdiyi “Opel-Vectra” markalı avtomobilin idarəetməsini itirərək aşırıb.
Nəticədə, A.Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun sərnişini, 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Şamo Gözəlov xəsarətlə 3 saylı Xəstəxanaya yerləşdirilib.