Paytaxtın Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin 9 aylıq sakini Hüseynin anası xəstə yanına getmək adı ilə onu bir neçə saatlıq qonşuya verib və qayıtmayıb.
Qonşuların sözlərinə görə, həmin qadın orda fəaliyyət göstərən kafelərdən birində işləyib.
Ailə körpənin anasını tapmaq üçün aidiyyəti qurumlara müraciət etsə də, bir nəticə yoxdur. Onlar Hüseyni aidiyyəti orqanlara təhvil vermək istəyirlər.
Bunula belə, qonşular azyaşlının anasının gələcəyinə də ümid edirlər.
Oxu.Az mövzu ilə bağlı “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edir: