Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda arabir yağıntılı olacaq, dağlarda 10 dərəcə şaxta gözlənilir - 17.12.2024-ün HAVA PROQNOZU
Azərbaycan ərazisində dekabrın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

"Hava proqnozu" teqi üzrə xəbərlər
- Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - 19.03.2025
- Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
- Bayram gününün hava proqnozu açıqlanıb - 20.03.2025
- Bəzi yerlərdə güclü külək əsir - FAKTİKİ HAVA - 18.03.2025
- Hava kəskin dəyişəcək, temperatur 18 dərəcə enəcək - XƏBƏRDARLIQ