Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq
"Bakıda təşkil edilən velosiped zolaqları "pop-up" tiplidir. Bu isə maksimum az investisiya və az infrastruktur işləri deməkdir".
Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
"Bu, pandemiyadan sonra Avropada geniş tətbiq edilən təcrübədir. Bu təcrübədə dayanacaqlar üçün də müəyyən həllər nəzərdə tutulur. Bu da mobil platformaların tikilməsidir. Bizdə bununla bağlı satınalma işləri gedir. Düşünürük ki, gələn il həmin dayanacaqlarda belə platformaları təşkil edək ki, insanlar avtobuslara daha rahat minə bilsinlər", - T.Səfərov qeyd edib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Qarlı havada 40-dan çox avtobus qəzaya düşüb - RƏSMİ AÇIQLAMA
- Bakıdan dörd istiqamət üzrə avtobus reysləri TƏXİRƏ SALINDI
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib