Yasamal rayonunda piyadanın xəsarət almasına səbəb olan yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, sərnişin avtobusu yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü İsmayılova Şəlalə Mirkamal qızını vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu