Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, hadisə Hövsan qəsəbəsində olub.
132 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 60-65 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Etibar MƏMMƏDOV
www.oxu.az