Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, APA-nın 3 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər bu xəstəxanaya gətirilib.
Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Həmin şəxslər aşağıdakılardır:
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu
11:56
Bakıda sərnişin avtobusları toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
Məlumata görə, 36 və 62 saylı marşrutla hərəkət edən iki avtobusun toqquşması nəticəsində ölən və yaralanlar var.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.