Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında mübahisə yaşanıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün paytaxtın 20 Yanvar ərazisində qeydə alınıb.
Məlumata görə, 79 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinləri nəqliyyat vasitəsindən düşürməyə çalışıb. Sərnişinlərin buna etiraz etməsindən sonra tərəflər arasında mübahisə yaranıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən fakt təsdiqlənib.
"Hadisəyə səbəb bir sərnişinin sürücü ilə mübahisə zəminində onu söyüb təhqir etməsi olub. Sürücü də stress halında hərəkətini davam etdirə bilməyəcəyini deyib və sərnişinləri növbəti avtobusa yönəldib", - deyə məlumatda bildirilib.