Hakerlər Böyük Britaniyanın "Revolut" bankından müştərilərin məxfi məlumatlarını satmaq hədəsi ilə 3 milyon dollar fidyə tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.
"iamnotavillain" adlı haker qruplaşması banka 24 saat ərzində 3 milyon dollar və ya 6 min "Monero" kriptovalyutası ödəmək tələbi irəli sürüb. Əks təqdirdə, kibercinayətkarlar "Revolut"un 680 müştərisinə aid olan doğum tarixləri, poçt ünvanları, telefon nömrələri, həmçinin şəxsiyyət vəsiqələrinin, pasportların və sürücülük vəsiqələrinin surətləri daxil olmaqla konfidensial məlumatları digər cinayətkar qruplara satacaqları ilə hədələyiblər.